- 12:15
Hindistanın Uttar-Pradeş əyalətində güclü yağışlar və tufanlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 53 nəfər yaralanıb.
Ən çox ölüm halı 21 nəfər olmaqla Prayagraj şəhərində qeydə alınıb. Bhadohi şəhərində 14, Fatehpur şəhərində isə 11 nəfər həyatını itirib.
Rəsmilərin sözlərinə görə, əlverişsiz hava şəraiti səbəbindən elektrik dirəkləri və ağaclar aşıb, çoxlu sayda ev və avtomobilə ziyan dəyib.
Humay Eminqızı