- 12:15
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin İranın nüvə silahına sahib ola bilməyəcəyi barədə razılığa gəliblər.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Bildirilib ki, tərəflər sərbəst enerji axınını dəstəkləmək üçün Hörmüz boğazının açıq qalmalı olduğu fikrində də həmfikirdir.
Qeyd edilib ki, Tramp Pekində Si Cinpinlə yaxşı görüş keçirib və tərəflər iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
Humay Eminqızı