İspaniyada eyvandan paltar asmaq qadağan edilib


  • 13:56

İspaniyanın Mursiya bölgəsindəki Lorka şəhərində eyvanlardan paltar asmaq qadağan edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar binaların fasadlarının estetikasını qorumaq üçün qəbul edilib.

Yeni tənzimləmə təkcə paltarları deyil, vizual çirklənmə yarada biləcək bir çox şeyi əhatə edir.

Belə ki, eyvan və fasadlarda döşək, çarpayı, qaz balonu kimi əşyaların saxlanması da qadağandır.

Qaydalara əməl etməyənlər mərhələli cərimələnəcək.

Yeni qaydalara uyğunlaşmaq üçün əhaliyə təxminən bir aylıq müddət verilib.

Humay Eminqızı

Oxşar xəbərlər