- 15:35
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusunu dünya əhalisi üçün aşağı risk kimi qiymətləndirir.
E-huquq.az xəbər verir ki, bunu ÜST rəhbəri Tedros Adanom Qebreyesus açıqlayıb.
O bildirib ki, yeni ölüm halı qeydə alınmayıb:
"ÜST-ə bildirilən 11 yoluxmadan 8-i laboratoriya testləri ilə Andes virusu infeksiyası kimi təsdiqlənib. Digərləri əlavə testlərdən keçirilir."
Qebreyesus əlavə edib ki, ÜST müvafiq ölkələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir və beynəlxalq koordinasiya ictimai sağlamlığı qorumaq səylərini dəstəkləyir.
Şəbnəm Mehdizadə