- 15:35
“Ermənistan Rusiya ilə münaqişəyə girməyəcək”.
E-huquq.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Biz Rusiya ilə münaqişə etməyəcəyik. Birincisi, ona görə ki, Rusiya ilə münaqişə bizim fəaliyyət dairəmizə daxil deyil; biz təvazökar dövlətik. Bu, bizim vəzifəmiz, məqsədimiz və əhatə dairəmiz deyil. Digər tərəfdən, bizim Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olduğumuzu da unutmayın", - Paşinyan deyib.
Eyni zamanda o, rəqiblərini Ermənistanla Rusiya arasında nifaq salmaq məqsədi daşıyan “ucuz təxribatlarda” ittiham edib.
Humay Eminqızı