Türkiyədə 17 narkotik taciri saxlanılıb


  • 15:35

Türkiyənin 3 vilayətində narkotik tacirlərinə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu narkotik, istehsalı və paylanması ilə məşğul olduğu müəyyən edilən cinayət təşkilatı ilə bağlı araşdırma aparıb.

Bu istintaq çərçivəsində cinayət təşkilatının tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 22 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

İzmir, İstanbul və Diyarbəkirdə eyni vaxtda həyata keçirilən əməliyyatlarda aralarında təşkilat liderinin də olduğu 17 şübhəli yaxalanıb. Qalan 5 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər