- 17:15
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 744 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 48 saatda Qəzzada 2 nəfər ölü, 24 yaralı xəstəxanalara çatdırılıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 857 nəfər ölüb, 2 486 nəfər yaralanıb, dağıntılar altından 771 cəsəd çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində 172 588 nəfər yaralanıb.
Humay Eminqızı