- 16:56
Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan barəsində məhkəməyə müraciət edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Karapetyanın Paşinyanın Çindən təxminən bir ton hallüsinogen göbələk gətirdiyi və çıxışlardan əvvəl onlardan istifadə etdiyi barədə səsləndirdiyi iddialar olub.
“Bəli, məhkəməyə müraciət etmişəm. Belə bəyanatlar necə vermək olar? Məgər bu ciddi insanın açıqlamasıdır? Sonra da deyir ki, güclüdür? Məhkəməyə verəcəyimi dedim, dərhal dizləri əsdi, əllərini yuxarı qaldırdı və dedi ki, belə deməyib, başqa cür deyib. Ona görə deyirəm ki, danışmazdan və ümumiyyətlə nəsə etməzdən əvvəl düşünün”, - deyə Paşinyan deyib.
Humay Eminqızı