- 23:16
İsrail İrana qarşı hərbi əməliyyatın yenidən başlanmasını istisna etmir və buna hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“İrandakı missiyamız başa çatmayıb. Yaxın vaxtlarda yenidən hərəkət etməyə hazır vəziyyətdəyik”, – deyə Katz vurğulayıb.
Xatırladaq ki, Kats aprelin 23-də də İsrail ordusunun İrana qarşı əməliyyatı bərpa etməyə hazır olduğunu bildirərək ABŞ-dan “yaşıl işıq” gözlədiklərini demişdi.