- 10:59
Türkiyənin Ordu vilayətində 21 fəhlə qidadan zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ordunun Ulubəy rayonunda fəaliyyət göstərən tekstil fabrikində çalışan fəhlələrin yemək yedikdən sonra halı pisləşib.
Əraziyə polis və təcili tibbi yardım qrupları göndərilib.
Zərərçəkənlər müxtəlif xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə