- 10:59
Türkiyənin Aksaray vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Aksaray-Konya yolunun 35-ci kilometrində fəhlələri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.
Hadisə yerinə həkim və polis qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
Onlardan üçünün vəziyyəti ağırdır.
Şəbnəm Mehdizadə