Əraqçi: "ABŞ müharibədən heç bir nəticə əldə etməyəcək"


  • 15 May 10:57

"ABŞ təhdidlərdən və müharibədən heç bir nəticə əldə etməyəcək".

E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz bu təhdidlərə öyrəşmişik. Uzun müddətdir ki, ABŞ müxtəlif forma və üsullarla təhdidlərini təkrarlayır. 40 gün bizimlə döyüşdülər və nəticəsini gördülər. Ümid edirəm ki, bu ritorikanı bir kənara qoyub məntiqə üz tutacaqlar. Onlar bilməlidirlər ki, bu problemlərin həllinə hərbi yolla nail olmayacaqlar" - deyə Əraqçi bildirib.

Əraqçi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı işğalçılara öz ərazilərindən və hava məkanından istifadə etməsinə icazə verdiyini və buna dair tutarlı dəlillərə malik olduqlarını bildirib.

"Birləşmiş Ərəb Əmirlikləri bu müharibədə ABŞ-nin tərəfində idi. BƏƏ qurban rolunu oynaya və ərazisinin hücuma məruz qaldığını iddia edə bilməz. İran yalnız Əmirlik ərazisindəki Amerika hədəflərinə hücum etdi. Biz qonşuyuq, keçmişdə birlikdə yaşamışıq və gələcəkdə də birlikdə yaşamalıyıq. Ona görə də öz perspektivimizi dəyişməli və təhlükəsizliyi xarici ölkələrlə deyil, bir-birimizlə əməkdaşlıqda görməliyik" - XİN başçısı əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər