- 11:31
ABŞ və İsrail diplomatiyaya və danışıqlara xəyanət etdikləri üçün Tehran onlara etibar etmir.
E-huquq.az xəbər verir ki, bunu İranın Belarusdakı səfiri Əlirza Sanei TASS agentliyinə müsahibəsində bildirib.
"Biz danışıqlara və diplomatiyaya inanırıq. Bundan qaçmırıq. Amma əgər qarşı tərəf hər şeyi öz xeyrinə, öz maraqlarını təmin etmək istəyirsə, praktiki olaraq sizin təslim olmanızı istəyirsə, bu, artıq danışıqlar deyil”, - səfir deyib.
Sanei vurğulayıb ki, fevral danışıqları zamanı İran nüvə proqramı ilə bağlı çox yaxşı təkliflər irəli sürüb, lakin ABŞ və İsrail diplomatiya və danışıqlara xəyanət ediblər: “Onlar bizə xəyanət etdilər, buna görə də biz İsrailə və ya amerikalılara qətiyyən etibar etmirik”.
Humay Eminqızı