Latviya və Litva Hörmüz boğazındakı missiyasında iştirak etməyə hazırdır


  • 15 May 11:31

Latviya və Litva Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün mümkün Avropa missiyasında iştirak etməyə hazırdırlar, lakin hesab edirlər ki, bu, NATO-nun şərq cinahını zəiflətməməlidir.

E-huquq.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Portalın məlumatına görə, Litvanın müdafiə naziri Robertas Kaunas bəyan edib ki, Vilnüs Hörmüz boğazındakı əməliyyatda iştirak etməyə hazırdır. Latviya da mümkün missiya üçün resurslar təqdim etməyə hazırdır.

Qeyd edək ki, respublika əvvəllər Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün Aİ-nin “Aspides” əməliyyatında iştirak edib.

Mənbədə bildirilib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “Aspides” əməliyyatının mandatının Hörmüz boğazına qədər genişləndirilməsini təklif edib. Artıq bir neçə Aİ ölkəsi əlavə gəmilər verməyə hazır olduqlarını bildiriblər. Bununla belə, avropalı diplomatlar dəniz qüvvələrinin məhdudluğunu etiraf edir və missiyanın genişləndirilməsinin Baltik regionunda NATO qüvvələrinə əlavə gərginlik yarada biləcəyindən ehtiyat edirlər.

Humay Eminqızı

Oxşar xəbərlər