İki dost eyni vaxtda ürək tutmasından öldü


  • 16:05

Türkiyənin Manisa şəhərində 2 dost eyni anda ürək tutmasından vəfat edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 52 yaşlı Coşkun Burlu axşam saatlarında evində olarkən özünü pis hiss edib. O, yardım üçün 54 yaşlı yaxın dostu Bülent Şenə ilə əlaqə saxlayıb. Dostu dərhal yanına gələrək ona ürək masajı edib və təcili tibbi yardım çağırıb. Coşkin Burlu xəstəxanaya çatdırılıb.

Xəstəxananın həyətində dostu ilə bağlı xəbər gözləyən Bülent Şenin də qəfildən halı pisləşib. Belə ki, o da infarkt keçririb.

Həkimlərin səylərinə baxmayaraq onların hər ikisi vəfat edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər