- 16:43
Yaponiyanın şimal-şərqindəki Ofunato şəhəri yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Ofunatodan 8 kilometr cənub-şərqdə baş verən zəlzələ 62,9 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Şəbnəm Mehdizadə