Maldiv adalarında 5 italyan həlak olub


  • 16:23

Maldiv adalarında dalğıclıq edərkən baş verən qəzada 5 italyan turist həlak olub.

E-huquq.az BBC-ə istinadən məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyi dənizin 50 metr dərinliyindəki mağaraları araşdıran 5 italyandan ibarət qrupun dalğıclıq edərkən qəzada həlak olduğunu bildirib.

Məlumatda bildirilir ki, qayıqdan tullandıqdan sonra qrup bir daha görünməyib, bundan sonra yerli hakimiyyət orqanlarına məlumat verilib.

İtaliya mediası əvvəlcə 1 cəsədin tapıldığını və digər 4 nəfərin tapılması üçün səylərin davam etdiyini bildirib.

Hadisə ölkədəki ən pis dalğıc qəzalarından biri kimi təsvir olunur.

Genua Universitetinin açıqlamasında bildirilir ki, qurbanlardan biri dəniz biologiyası professoru, onun qızı və iki gənc tədqiqatçı olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər