Türkiyədə ötən ay 148 şiddətli meteoroloji hadisə baş verib


  • 16:43

Türkiyə aprel ayında 148 şiddətli meteoroloji hadisə baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Meteorologiya Baş İdarəsinin məlumatından bildirilib.

Məlumata görə, bu hadisələrin əksəriyyəti yağış və daşqınlar olub.

Daşqınlar xüsusilə Şanlıurfa, Qaziantep və Samsun vilayətlərində baş verib.

Dolu və torpaq sürüşmələri aprel ayında şiddətli meteoroloji hadisələr arasında ikinci yeri tutub.

Eyni dövrdə ölkə daxilində 7 güclü qar yağışı, 4 ildırım düşməsi, 4 şaxta, 4 uçqun və 2 qasırğa hadisəsi də qeydə alınıb.

Məlumatlar göstərir ki, mövsümi keçidlər zamanı qəfil temperatur dəyişiklikləri və güclü yağışlar meteoroloji fəlakətlər riskini artırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər