Livan və İsrail arasında atəşkəs 45 gün uzadılıb


  • 15 May 23:33

Livan və İsrail arasında ABŞ-də keçirilən danışıqlarda aprel ayında razılaşdırılmış atəşkəsin daha 45 gün uzadılması barədə qərar qəbul edilib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot sosial media hesabında paylaşım edib.

“Amerika Birləşmiş Ştatları 14–15 may tarixlərində İsrail və Livan arasında iki günlük son dərəcə məhsuldar danışıqlar aparıb. 16 apreldə razılaşdırılmış atəşkəs daha 45 gün uzadılacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti 2–3 iyun tarixlərində İsrail və Livanla daha bir görüş təşkil etməyi planlaşdırır. Mayın 29-da isə Pentaqonda hər iki ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair iclas keçiriləcək. Piqot danışıqların Livan və İsrail arasında uzunmüddətli sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

Oxşar xəbərlər