Türkiyədə mərc oyunlarına qarşı keçirilən əməliyyatda 110 nəfər saxlanıldı


  • 12:00

Polis Türkiyənin 35 vilayətində qanunsuz mərc və qumar saytlarına qarşı əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, əməliyyat nəticəsində 110 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Şübhəlilərdən 98-i haqqında həbs qətimkan tədbiri seçilib, 12-si isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı cinayətkar fəaliyyətlərdə istifadə edildiyi güman edilən çoxsaylı rəqəmsal materiallar müsadirə edilib.

Araşdırmalar çərçivəsində qanunsuz onlayn mərc və qumar fəaliyyətləri ilə məşğul olduğu müəyyən edilmiş 5000 veb sayt, bu saytları reklam etdiyi və istifadəçiləri yönləndirdiyi müəyyən edilmiş 111 ünvan və ödəniş əməliyyatlarını asanlaşdırdığı müəyyən edilmiş 40 ünvan da daxil olmaqla, ümumilikdə 5151 URL ünvanına giriş bloklanıb.

Oxşar xəbərlər