- 16 May 22:20
ABŞ tərəfindən ələ keçirilən İran gəmilərində olan 31 nəfər sərbəst buraxılıb. Onlardan 11-i Pakistan, 20-si isə İran vətəndaşı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.
Xarici işlər nazirinin açıqlamasında qeyd olunur: "ABŞ tərəfindən açıq dənizdə ələ keçirilən gəmilərdə olan 31 nəfər Sinqapur vasitəsilə geri qaytarılıb. Onların hamısı sağlam və yaxşı əhval-ruhiyyədədir. Dənizçilər Sinqapurdan Banqkoka aparılıb və daha sonra İslamabada yola düşüblər. Onların 15 may axşamı Pakistan paytaxtına çatması gözlənilir. Pakistan iranlıların vətənlərinə qayıtmalarına kömək edəcək".
Mayın 4-də Pakistan Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İranın "Tuska" yük gəmisindən 20-dən çox heyət üzvünün vətənə qaytarıldığını elan edib.
Daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-niniki İran ticarət gəmisi olan "Majestic" və "Tifani"ni ələ keçirməklə və 3,8 milyon barel İran neftini oğurlamaqla təcavüz və dövlət piratçılığı aktı törətdiyini bildirmişdi. Tehran ABŞ-ın hərəkətlərini "BMT Nizamnaməsinin kobud şəkildə pozulması" kimi qiymətləndirir və Təhlükəsizlik Şurasından tədbir görməsini tələb edir.