- 23:05
Birləşmiş Ərəb Əmirlikləri davam edən münaqişə və strateji su yolunun mümkün uzunmüddətli blokadası fonunda fasiləsiz neft ixracını təmin etmək üçün Hörmüz boğazından keçən yeni neft kəmərinin tikintisini 2027-ci ilə qədər başa çatdıracağını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
İran müharibəsindən öncə dünya neft və maye qaz tədarükünün təxminən 20%-nin daşındığı Hörmüz boğazı təxminən 11 həftədir ki, faktiki olaraq bağlanıb.
Bu, qlobal enerji qiymətlərinin kəskin şəkildə artmasına və Fars körfəzi ölkələrinin iqtisadiyyatına təzyiqin artmasına səbəb olub.
Bu arada vəliəhd şahzadə Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ölkənin dövlət neft şirkətinə əvvəllər açıqlanmayan layihənin həyata keçirilməsini sürətləndirmək tapşırığı verib.
Yeni boru kəməri əmirliklərin daxili bölgələrindən nefti Oman körfəzi sahillərinə, Fuceyra limanına nəql edəcək.
Yeni marşrut BƏƏ-nin ixrac potensialını ikiqat artıracaq. Bu, ümumi tutumu gündə 3,6 milyon barelə çatdıra bilər.