Məzmuna keç

Yaponiya güclü zəlzələ barədə xəbərdarlıq edir

Tezliklə Yaponiyada güclü zəlzələ baş verə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin Zəlzələ Tədqiqat Komitəsinin mütəxəssisləri xəbərdarlıq edib.

Onların fikrincə, yavaş sürüşmə – tektonik plitələrin tədricən yerdəyişməsi – sürətlənir. Bu sürətlənmə 20 apreldə Aomori prefekturası sahillərində baş verən 7,7 bal gücündə güclü zəlzələnin episentri yaxınlığında qeydə alınıb.

Seysmoloqlar vurğulayırlar ki, əgər tektonik plitə yerdəyişməsi bu ərazidə sürətlənməyə davam edərsə, 7 bal və ya daha yüksək zəlzələlər baş verə bilər.