- 11:43
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində iki avtomobil toqquşub.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb briqadaları göndərilib.
Qəza nəticəsində xəsarət alan 9 nəfər xəstəxanaya aparılıb.
Xilasedicilər və tibb qrupları avtomobillərdə sıxışmış 4 nəfəri çıxarıb.
Yol bir müddət hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə