- 12:29
Türkiyənin Aksaray vilayətində bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aksarayın Koçpınar kəndində İsmayıl, Mehmet və Ahmet Yeşildal qardaşları qohumları Murat Yeşildal ilə birgə 17 metr dərinlikdəki su quyusunu təmizləmək istəyib.
Təmizlik üçün quyuya enən şəxslər bir müddət sonra oradan çıxa bilməyib.
Yaxınları bu barədə məlumat verdikdöən sonra hadisə yerinə jandarma və xilasetmə qrupları cəlb edilib.
Qruplar zəhərləndikləri müəyyən edilən İsmayıl, Mehmet, Ahmet və Murat Yeşildalı quyudan çıxarıb.
Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılan şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.
Digər bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə