İsrail Qəzzaya PUA ilə hücum edib: ölən və yaralılar var


  • 11:19

İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələhə təşkil etdiyi hücumda bir nəfər ölüb.

E-huquq.az Fələstinin WAFA xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailə məxsus PUA Deyr əl-Bələhin cənubundakı Əl-Barakə küçəsində mülki insanları hədəf alıb.

Hücum nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar şəhərdəki xəstəxanaya aparılıb.

Qeyd edək ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Atəşkəsin imzalandığın gündən indiyədək hücumlarda 871 nəfər ölüb, 2562 nəfər yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər