ABŞ-də yüzlərə diplomat vəzifəsindən azad edilib.


  • 11:23

ABŞ-də yüzlərə diplomat vəzifəsindən azad edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qərar qəbul edib.

Qərara əsasən, təxminən 250 dövlət məmuru işdən çıxarılıb.

Dövlət Departamentinin açıqlamasında bu addımların bürokratik səmərəsizliyi aradan qaldırmaq məqsədi daşıdığı bildirilib.

Hazırda dünya üzrə 100-dən çox ABŞ səfiri vəzifəsi vakant olaraq qalır.

Keçmiş səfirlər bunun uzunmüddətli perspektivdə ölkənin xarici siyasətinə ciddi ziyan vuracağını, institusional yaddaşı məhv edəcəyini vurğulayırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər