Çində güclü zəlzələ olub: ölənlər və yaralılar var


  • 11:38

Çinin cənubundakı Quansi-Çjuanq Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 1 nəfərin isə itkin düşüb.

Yeraltı təkanlar şəhərin mərkəzində 10-dan çox binanın dağılmasına səbəb olub.

Zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər