Meksikada evə silahlı hücum nəticəsində 10 nəfər ölüb


  • 11:43

Meksikada bir evə silahlı hücum nəticəsində 10 nəfər ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Puebla ştatının Tehuitzinqo şəhərində bir ailənin evinə silahlı hücum olub.

Puebla Respublika Prokurorluğunun məlumatına görə, 9 nəfər hadisə yerində, bir qadın isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Prokurorluq hadisə ilə bağlı hərtərəfli araşdırmalara başlayıb.

Federal təhlükəsizlik qüvvələri cinayətkarların tutulması üçün genişmiqyaslı əməliyyat keçirir.

Puebla əyalət polisi, ordu, Meksika Milli Qvardiyası və məhkəmə orqanları istintaqda iştirak edir, ərazidə patrul və nəzarətlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər