- 12:54
“Yaxın Şərq ölkələri, xüsusilə BƏƏ ABŞ-nin hərbi mövcudluğunun region üçün təhlükə yaratdığını anlamalıdır”.
E-huquq.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
“Region ölkələri, xüsusilə də BƏƏ son aylarda baş verən hadisələrdən nəticə çıxarmalıdır. ABŞ və İsrailin regiondakı hərbi mövcudluğu təhlükəsizliyə xidmət etmir, əksinə, ölkələrin inkişafı və iqtisadi rifahı üçün risk yaradır”, – deyə Bəqai bildirib.
O qeyd edib ki, İran Yaxın Şərq ölkələrinin öz ərazilərini “təcavüzkar qüvvələrin” istifadəsinə verməsinə qarşıdır. Bəqai həmçinin qonşu dövlətləri İran əleyhinə fəaliyyət göstərən qüvvələrin təsirinə uymamağa çağırıb.
Humay Eminqızı