- 13:52
Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola virusunun yayılması nəticəsində 91 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba məlumat yayıb.
Onun sözlərinə görə, təxminən 350 ehtimal olunan yoluxma faktı aşkarlanıb.
"Aktiv müalicə alan 59 xəstəmiz var. İmkanlarımızı genişləndirmək üçün üç məntəqədə müalicə mərkəzlərinin yaradılmasına hazırlaşırıq", - deyə nazir əlavə edib.
Humay Eminqızı