İsrailin Livana hücumu nəticəsində "İslami Cihad"ın komandiri həlak olub


  • 13:52

İsrail ordusu Livanın şərqindəki Baalbek şəhərinə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Evə təşkil edilən hücumda Fələstinin "İslami Cihad"ın komandiri Vael Əbdülhalim və onun 17 yaşlı qızı öldürülüb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, martın 2-dən etibarən İsrailin Livana hücumları nəticəsində 2 988 nəfər həlak olub.

Humay Eminqızı

Oxşar xəbərlər