Lavrov: “Afrikada terror təşkilatları fəallaşır”


  • 15:36

"Terror qrupları Afrika qitəsində fəallaşır".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ekvatorial Qvineyanın xarici işlər naziri Simeon Oyono Esono Anque ilə danışıqların yekunlarına dair mətbuat konfransında məlumat verib.

"Sahara-Sahel bölgəsində və Afrikanın digər bölgələrində "Əl-Qaidə", İŞİD, "Boko Haram" və digər təşkilatlarla əlaqəli müxtəlif terror qrupları öz nüfuzlarını artırır. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət afrikalılara yardım etməlidir, lakin nizamlanma üçün davamlı prinsiplər qitə ölkələrinin özləri arasında razılaşdırılmalıdır", - deyə Lavrov deyib.

Humay Eminqızı

Oxşar xəbərlər