Avstraliyada supermarketdən alınan kahının içindən qurbağa çıxdı


  • 16:31

Avstraliyanın Esperance şəhərində yerli supermarketdən alınan kahı paketinin içərisində canlı qurbağa aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni evdə yaşayan bir qrup gənc alış-veriş edib.

Onların endirimli qiymətə aldıqları kahının içindən qurbağa çıxıb.

Qeyri-adi hadisə ölkə televiziyasında geniş müzakirə mövzusuna çevrilib.

Ev sakinləri tapdıqları qurbağaya “Qreq” adını verərək onu yaxınlıqdakı gölməçəyə buraxıblar.

Hadisə ilə bağlı açıqlama verən supermarket rəhbərliyi müştərilərdən üzr istəyib. Şirkət müştərilərə əvəzedici məhsullar təqdim edildiyini və təchizat zəncirində keyfiyyətə nəzarət prosedurlarının nəzərdən keçirildiyini açıqlayıb.

Qurbağalar üzrə mütəxəssis doktor Codi Rouli isə bildirib ki, kahı və ya banan üzərində rast gəlinən qurbağalar bəzən səhvən paketlənərək ölkə üzrə daşındığı hallar qeydə alınır. O, belə hallarda heyvanların sağlamlığını qorumaq və aidiyyəti qurumlara məlumat verilməsinin vacib olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər