- 17:11
MV Hondius gəmisindən Kanadaya qayıdan dörd nəfərdən birinin hantavirus testi müsbət çıxıb.
E-huquq.az xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.
Əvvəlcə yüngül qızdırma və baş ağrısı ilə müraciət edən xəstə Viktoriya ştatındakı xəstəxanaya aparılaraq təcrid olunub.
Hazırda xəstənin vəziyyətinin stabil olduğu və onun müalicəsinin ciddi nəzarət altında davam etdiyi bildirilib.
Şəbnəm Mehdizadə