- 17:11
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 769 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda 6 ölü, 40 yaralı Qəzzadakı xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 877 nəfər ölüb, 2 602 nəfər yaralanıb, dağıntılar altından 776 cəsəd çıxarılıb.
Ümumilikdə isə 172 704 nəfər yaralanıb.
Humay Eminqızı