Liviyada səhrada itkin düşən gənc sağ tapıldı


  • 17:06

Liviyada 5 gündür itkin düşən Mərvan əl-Behici xilasetmə qrupları tərəfindən xarab olmuş maşının yanında sağ tapılıb.

E-huquq.az Liviya mətbuatına istinadən xəbər verir ki, o,xilasetmə qrupları tərəfindən Eçara bölgəsinin şərqində yerləşən səhrada, xarab olmuş avtomobilin yanında aşkar edilib.

Onun tapılması üçün sosial mediada kampaniyaya start verilib.

Xilasetmə qrupları, könüllülər və hərbi helikopterlər axtarış işlərinə cəlb olunub.

Behicinin sağ tapılmasının görüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər