- 17:06
Ermənistanda Paşinyana qarşı hədə-qorxu videosu üzrə cinayət işi açılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Videoda maskalı və silahlı şəxslər baş nazir Nikol Paşinyanı təhqir edərək ona hədə-qorxu gəlib.
O bildirib ki, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində ilkin araşdırma aparılır.
Şəbnəm Mehdizadə