- 11:52
“ABŞ-ın İrandakı 79 günlük döyüş əməliyyatları ərzində hərbi xərcləri 85 milyard dolları keçib.”
E-huquq.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Portalın hesablamaları ABŞ Konqresi üçün Pentaqonun 10 mart tarixli brifinqinə əsaslanır.
Həmin brifinqdə qeyd olunub ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü üçün əlavə olaraq gündə 1 milyard dollar xərcləməyi planlaşdırır.
Bildirilib ki, bu məqsədlər üçün çəkilən xərclərin məbləği daha əvvəl ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə səlahiyyətlərini icra edən müavini Culs Herstin açıqladığı rəqəmdən demək olar ki, üç dəfə çoxdur. Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Herst bəyan edib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyata təxminən 29 milyard dollar xərcləyib.
Humay Eminqızı