İspaniyada bələdiyyədə atışma: 2 ölü, 4 yaralı


  • 11:09

İspaniyanın Almeriya əyalətində bələdiyyədə atışma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə mayın 18-də axşam saatlarında El Ejido bələdiyyəsində baş verib

Atışma nəticəsində azı 2 nəfər ölüb, ikisi azyaşlı olmaqla 4 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, şübhəli şəxs saxlanılıb.

Ehtimal edilir ki, şübhəli şəxs ilə zərərçəkənlər arasında qohumluq əlaqələri var.

Hadisənin səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər