Kaliforniyada meşə yanğını - Əhali təxliyyə edilir


  • 11:52

ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınları davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, on minlərlə sakinə təxliyə əmri verilib.

Xüsusilə, Los-Ancelesdən 50 km məsafədə yerləşən Simi-Velli və Santa-Susana şəhərlərinin sakinləri təhlükə altındadır.

Yanğının sahəsi təxminən 6 min hektar olaraq qiymətləndirilir.

Ştatın yanğınsöndürmə xidməti bildirib ki, hadisə nəticəsində ən azı bir yaşayış evi zərər görüb.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Məlumata görə, güclü külək və isti hava alovun yayılmasına şərait yaradır.

Humay Eminqızı

Oxşar xəbərlər