Türkiyədə 110 İŞİD terrorçusu saxlanılıb


  • 12:41

Türkiyənin 3 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirirlib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətinin qarşısının alınması və ifşa olunması istiqamətində əməliyyat həyata keçiriblər.

Müəyyən edilib ki, İŞİD-lə bağlı fəaliyyətdə şübhəli bilinən şəxslər qeyri-qanuni birliklərdə dərslər təşkil edir, yetkinlik yaşına çatmayan uşaqlara ideologiyaya əsaslanan dərslər verirlər, təşkilatla əlaqədə olduqları üçün həbsdə olanlar üçün pul yığırlar.

Əməliyyat nəticəsində 110 şübhəli yaxalanıb.

Axtarışlar zamanı 4 tüfəng, 90 güllə, çoxlu qadağan olunmuş nəşrlər, təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər