Baykal gölündə kater aşıb - 5 nəfər ölüb - YENİLƏNİB


  • 13:20

Rusiyanın Buryatiya vilayətində, Baykal gölündə “Hivus” aerokaterinin aşması nəticəsində 5 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyi məluma verib.

“Dəqiqləşdirilmiş məlumata görə, aerokaterdə 18 nəfər olub. 13 nəfər, o cümlədən bir uşaq xilas edilib. Təəssüf ki, 5 nəfər həlak olub”, - deyə FHN-dən bildirilib.

***

Rusiyanın Buryatiya vilayətində, Baykal gölündə aşan “Hivus” katerində 14 nəfər olub.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, biri uşaq olmaqla 10 nəfər xilas edilib.

Digər 4 nəfərin axtarışları davam edir.

Hadisə yerinə 30 canlı qüvvə 11 texnika cəlb olunub.

***

Rusiyanın Buryatiya vilayətində, Baykal gölündə kater aşıb.

E-huquq.az xəbər verir ki, bu barədə Buryati Respublika prokurorluğu məlumat yayıb.

“Hivus” kateri Çerepaxa adlanan ərazidə sahildən təxminən 30 metr aralıda aşıb.

İlkin məlumata görə, 1 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfər isə hələ də su altında qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər