Konqoda 131 nəfər Ebola virusundan ölüb


  • 13:38

Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba məlumat yayıb.

Onun sözlərinə görə, təxminən 513 ehtimal olunan yoluxma faktı aşkarlanıb.

Yayılmanın episentri ölkənin şərqində, Uqanda və Cənubi Sudanla həmsərhəd olan İturi vilayətində yerləşir.

Ebola virusu səbəbindən ilk ölüm faktı 24 aprel tarixində qeydə alınıb. Bunia şəhərindən olan bir tibb bacısı vəfat edib.

Hesab olunur ki, yoluxma Bunia yaxınlığındakı ərazidə qızıl hasilatı ilə məşğul olan mədənçilər arasında başlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər