- 13:38
Rusiya vətəndaşları Tailandda vizasız qalma müddətini 30 günə qədər uzada biləcəklər.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
O bildirib ki, hökumət 90-dan çox ölkə üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirib.
"Rusiyalı turistlər Tailandda 30 gündən artıq qalmaq istəsələr, vizasız qalma müddətini 30 gün uzada bilərlər. Bunun üçün vizasız giriş möhürü bitməzdən əvvəl istənilən miqrasiya ofisində 1900 bat (təxminən 58 dollar) ödəmək lazımdır. Uzun müddət qalmaq planlaşdırılırsa, elektron turist vizası da əlverişli seçimdir", - deyə məlumatda bildirilir.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, 30 günlük vizasız rejim quru sərhəddən ildə iki dəfə keçməklə məhdudlaşdırılır. Beynəlxalq reyslərlə gələn turistlər üçün isə heç bir məhdudiyyət yoxdur.
Miqrasiya orqanları vizasız rejimdən sui-istifadə edən və ya qeyri-turizm məqsədli səfər planlayan şəxslərin ölkəyə girişini rədd edə bilər.
Humay Eminqızı