İsrail ordusu Livan sakinlərinə xəbərdarlıq etdi


  • 16:32

İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində 12 şəhərin sakinlərinə xəbərdarlıq edib.

E-huquq.az xəbər verir ki, xəbərdarlıqda livanlıların hava hücumlarının hədəfi olan ərazilərdən ən azı 1 km uzaqlaşmaları qeyd edilib.

"İsrail ordusu "Hizbullah" terror təşkilatının atəşkəsi pozmasına qətiyyətlə cavab vermək niyyətindədir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, günün birinci yarısında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda 25 raket qurğusu və sursat anbarını məhv edib.

Humay Eminqızı

Oxşar xəbərlər