- 16:57
Suriyanın paytaxtı Dəməşqdə partlayış olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.
Məlumata görə, mühəndis qrupları Köhnə Dəməşqin şərqində yerləşən Bab Şərqi rayonunda yaşayış massivinin yaxınlığında partlayıcı qurğu aşkar ediblər. Qurğunu zərərsizləşdirmək və təhlükəsiz yerə daşımağa çalışarkən partlayış baş verib.
Hadisə nəticəsində azı 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Humay Eminqızı