"Rusiya və Çin enerji sektorunda fəal əməkdaşlıq edirlər" - Putin


  • 12:33

"Rusiya Çin bazarına neft və qazın fasiləsiz tədarükünü bundan sonra da təmin etməyə hazırdır".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Pekində baş tutan Rusiya-Çin danışıqlarının yekununda bildirib.

"Rusiya və Çin enerji sektorunda fəal əməkdaşlıq edirlər. Ölkəmiz Çinə neft, təbii qaz, o cümlədən maye qaz və kömür ixrac edən ən böyük ölkələrdən biridir. Biz əlbəttə ki, sürətlə böyüyən Çin bazarına bütün bu yanacaq növlərinin fasiləsiz çatdırılmasını etibarlı şəkildə davam etdirməyə hazırıq", - deyə Rusiya Prezidenti bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər