Rusiyada məktəbin eyvanı uçdu, 10 şagird xəsarət aldı


  • 12:49

Rusiyanın Sevastopol vilayətində məktəbin eyvanı uçub.

E-huquq.az xəbər verir ki, bu barədə qubernator Mixail Razvojayev məlumat verib.

Onun sözlərinə görə, 13 nömrəli məktəbin 2-ci mərtəbəsinin eyvanı uçub: "Şəkil çəkdirmək üçün eyvana çıxan 10 şagird xəsarət alıb. Uşaqlara tibbi yardım göstərilir, yaralılar xəstəxanaya çatdırılır".

Hadisənin səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər