Aİ nazirləri Rusiya ilə danışıqlarda vasitəçi roluna namizədləri müzakirə edəcək


  • 13:25

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri gələn həftə Rusiya ilə danışıqlarda vasitəçi roluna namizədləri müzakirə edəcəklər.

E-huquq.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Sözügedən müzakirə nazirlərin mayın 27-28-də Kiprdə keçiriləcək qeyri-rəsmi görüşdə baş tutacaq.

Vasitəçi roluna namizədlər arasında İtaliyanın keçmiş Baş naziri Mario Dragi, Angela Merkel, Finlandiya prezidenti Aleksandr Stubb və onun sələfi Sauli Niinistön var.

Məsələnin iyunda keçiriləcək liderlər sammitinin mövzularından biri ola biləcəyi də istisna edilmir.

Humay Eminqızı

Oxşar xəbərlər